Bank Of Baku

Rusiyanın “Rosneft” neft şirkəti Azərbaycanın Geologiya İnstitutu ilə əməkdaşlıq etmək istəyir

Rusiyanın “Rosneft” neft şirkəti Azərbaycanın Geologiya İnstitutu ilə əməkdaşlıq etmək istəyir
# 06 may 2010 14:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Rusiyanın “Rosneft” neft şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə şirkətin 4 nəfərlik nümayəndə heyəti Geologiya İnstitutunda olub.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə rusiyalı alimlərə rəhbərlik etdiyi qurumun neft-qaz sahəsindəki elmi nailiyyətləri və Rusiyanın elmi təşkilatları ilə əməkdaşlığı barədə danışıb.

“Rosneft”in geoloji araşdırmalar və lisenziyalaşdırma departamentinin direktor müavini Mixail Skvortsov Geologiya İnstitutunun elmi təcrübə və bazasını yüksək qiymətləndirib və gələcək əməkdaşlığın mümkün olacağına inandığını bildirib. Rusiyalı neftçilər institutun laboratoriyaları, neftə aid xəritə, sxem, kitab və digər elmi nəşrləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR