Bank Of Baku

Kürün səviyyəsinin kəskin artması səngiyib

Kürün səviyyəsinin kəskin artması səngiyib
# 06 may 2010 15:10 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı-APA. Kür çayının səviyyəsinin kəskin artması səngiyib. Bu barədə APA-nın Mil-Muğan bürosuna sahil boyu Şirvan, Sabirabad və Hacıqabul rayon fövqəladə hallar komissiyalarından daxil olan məlumatlarda bildirilib. Məlumata görə, ötən gecə çayın səviyyəsi 2-4 santimetr qalxıb. Bölgələrdə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası ilə yanaşı, idarə və müəssisələrin canlı qüvvəsi, eyni zamanda kənd sakinləri də bənd bərkitmə işlərinə daha aktiv qoşulub. “Azenko” ASC-nin, “Akkord” Şirkətlər Qrupunun, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin, “Azərkörpü” ASC-nin və bölgələrdə yerləşən tikinti şirkətlərinin bənd bərkitmə işlərinə cəlb olunmuş maşın və texnikasının sayı artırılıb. Bildirilib ki, Nazirlər Kabineti tərəfindən əlavə texnikanın sahilboyu rayonlara göndərilməsi barədə göstəriş verilib.
Hələlik evlərə dolan qrunt suları əvvəlki səviyyədə qalmaqdadır. Bəzi evlərdə qrunt sularının həcmi artmaqda davam edir. Əsasən çiy kərpicdən inşa olunan evlərin qəzalı vəziyyətə düşdüyü bildirilir. Qrunt sularının artması isə bu evlərə daha böyük təhlükə yaradıb. Uçulan evlərin sayı xeyli artıb. Evlərini tərk edən sakinlərin də sayı çoxalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR