Bank Of Baku

Bakıda 6 May - İnsan Alverinə Qarşı Mübarizə günü ilə bağlı tədbir keçirilib

Bakıda 6 May - İnsan Alverinə Qarşı Mübarizə günü ilə bağlı tədbir keçirilib
# 06 may 2010 16:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Bakıda 6 May - İnsan Alverinə Qarşı Mübarizə günü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev bildirib ki, ölkə prezidentinin insan alverinə qarşı mübarizə ilə bağlı qərarını əsas götürən bir sıra QHT-lər 2009-cu ildən mayın 6-nın İnsan Alverinə Qarşı Mübarizə günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış ediblər. Buna görə də o, bir qrup QHT tərəfindən mayın ilk həftəsinin “İnsan alverinə qarşı mübarizə həftəsi” elan edildiyini vurğulayıb.

Ə.Əliyev bildirib ki, İnsan Alverinə Qarşı QHT Koalisiyası insan alveri ilə mübarizəni gücləndirmək məqsədilə 152 qaynar telefon xətti xidməti yaradıb: “Biz Bakıda, Şirvanda və Sumqayıtda insan alverinə qarşı mübarizə ilə bağlı ən müxtəlif tədbirlər keçirdik. Bu tədbirlərdən sonra qaynar xəttə müraciətlərin sayı artdı”. O, QHT Koalisiyasının fəaliyyətinə Azərbaycan hökuməti, ATƏT-in Bakı ofisi, Beynəlxalq Əmək Təşkilatı və digər təşkilatlar tərəfindən dəstək verildiyini vurğulayıb.

Tədbirdə insan alverinə qarşı mübarizə ilə bağlı elan olunmuş jurnalist müsabiqəsinin nəticələri açıqlanıb. Ə.Əliyev bildirib ki, Koalisiyaya 14 məqalə, 3 telesüjet təqdim olunub. İlk üç yeri tutmuş qaliblərə münsiflər heyəti tərəfindən mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR