Bank Of Baku

Astarada Böyük Vətən Müharibəsinin veteranları ilə görüş keçirilib - FOTO

Astarada Böyük Vətən Müharibəsinin veteranları ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 06 may 2010 16:34 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Mayın 6-da Azərbaycanın Astara şəhərində Böyük Vətən Müharibəsinin veteranları ilə görüş keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gələrək, müharibə zamanı fədakarlıq göstərmiş astaralıların xatirəsini yad ediblər. Daha sonra “Şindan” şadlıq sarayında davam edən mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Böyük Vətən Müharibəsi iştirakçılarını Qələbənin 65 illik yubileyi münasibətilə təbrik edib.

Görüşdə Böyük Vətən Müharibəsinin iştirakçıları, yaşlı nəslin, gənclərin və ziyalıların nümayəndələri İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində Azərbaycanlı döyüşçülərinin qəhrəmanlığından söz açaraq, ölkə başçısı İlham Əliyevin 22 aprel 2010-cu il tarixdə imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Sərəncamı onlara göstərilən dövlət qayğısının əyani təzahürü kimi dəyərləndiriblər.

Tədbirdə 16 nəfər Böyük Vətən Müharibəsinin iştirakçısına “Qələbənin 65 illiyi” yubiley medalı, iki nəfər vəfat etmiş Böyük Vətən Müharibəsi iştirakçısının ailəsinə isə “Stalinqrad uğrunda gedən döyüşlərdə qəhrəmanlığına görə” medalı, həmçinin bayram sovqatları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR