Bank Of Baku

“XXI Əsrin Qadınları” İctimai Birliyi internat və uşaq evlərində insan alveri ilə bağlı məlumatlandırma işi aparır

“XXI Əsrin Qadınları” İctimai Birliyi internat və uşaq evlərində insan alveri ilə bağlı məlumatlandırma işi aparır
# 06 may 2010 20:47 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “XXI Əsrin Qadınları” İctimai Birliyi 2 aprel 2010–cu il tarixindən “İnternat və uşaq evlərində insan alveri problemi ilə bağlı məlumatlandırma işinin aparılması” layihəsinin icrasına başlayıb.

Birliyin sədri, layihənin direktoru Mahirə Əmirhüseynovanın APA-ya verdiyi məlumata görə, layihənin əsas məqsədi, Bakı şəhərinin Nizami, Sabunçu, Xətai və Əzizbəyov rayonlarında İnternatlarda və uşaq evlərində yeniyetmə və gənclərin insan alveri problemi ilə bağlı uşaqların diqqətinə insan alverinin necə zərərli olması, insan alveri anlayışı, bu problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə, yeniyetmə qızlar arasında erkən nikahların yolverilməzliyi ilə bağlı maarifləndirmə işinin aparmaqdır: «Məqsədimiz “İnternat və uşaq evlərində yeniyetmə və gənclərin insan alveri qurbanlarına çevrilməsinin qarşısını almaqdır. İnsan alveri problemi indiki zamanda ölkəmizdə ən aktual problemlərdən biridir. İnsan alverinə qarşı mübarizə ilə bağlı çoxlu sayda qanunvericiliyin və dövlət proqramlarının qəbul edilməsinə baxmayaraq, bu sahədə maarifləndirmə və təbliğat işinin aparılması istər dövlət orqanları tərəfindən, istər yerli mətbuat tərəfindən və istərsə də QHT-lər tərəfindən həyata keçirilsə də problem öz mövcudluğunu qoruyub saxlamaqdadır».

Onun sözlərinə görə, insanlar, xüsusən də gənc qızlar və qadınlar işləmək adı ilə aldadılaraq müxtəlif ölkələrə aparılır, cinsi və fiziki istismara məruz qalırlar, eyni zamanda fahişəliyə cəlb olunurlar: «Bunun nəticəsində onlar insan alverinin qurbanına çevrilirlər. Bu şəxslərin xarici ölkələrə üz tutmalarının səbəbi işsizlik, gəlirli iş tapa bilməməkləri, insan alverçiləri qarşısında borclanmaları, onların öz hüquqlarını bilməməkləri, getdikləri ölkə və ya işləyəcəkləri şirkət haqqında məlumatsızlıqları, erkən və məcburi nikaha girərək, sonra boşanmaları və digər bu kimi səbəblərdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR