Bank Of Baku

BMT: İkinci Dünya Müharibəsi azadlıq uğrunda qəhrəmanlıq savaşı olub

BMT: İkinci Dünya Müharibəsi azadlıq uğrunda qəhrəmanlıq savaşı olub
# 07 may 2010 04:55 (UTC +04:00)
Bakı-APA. BMT-nin Baş katibi Pan Gi Mun qurumun Baş Assambleyasının İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş iclasında deyib ki, İkinci Dünya Müharibəsi azadlıq uğrunda aparılan qəhrəmanlıq savaşlarından biridir. Bu barədə APA BBC-yə istinadən xəbər verir.

O xatırladıb ki, həmin müharibədə 40 milyonu dinc əhali olmaqla 60 milyondan çox adam həyatını itirib. Həmin itkinin təqribən yarısı Sovet İttifaqının payına düşüb.

Qeyd edək ki, Baş Assambleyanın iclası Rusiya və digər 11 MDB ölkəsinin təşəbbüsü ilə Nyu-Yorkda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR