Bank Of Baku

Azərbaycanda havanın hərarəti yüksəlir

Azərbaycanda havanın hərarəti yüksəlir
# 07 may 2010 09:05 (UTC +04:00)
Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 19-23 dərəcə, axşam 13-15 dərəcə isti olacaq.

Mayın 8-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

Mayın 9-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 18-22 dərəcə isti olacaq.

Mayın 10-da havanın buludlu, səhər bəzi yerlərdə zəif duman olacağı, gündüz havanın arabir açılacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 20-24 dərəcə isti olacaq.

Mayın 8-də Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin mayın 7-dən mayın 8-ə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.

Mayın 9-u və 10-da əksər rayonlarda hava, əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR