Bank Of Baku

Norveç XİN-in MDB ölkələri üzrə şöbəsinin direktor müavini və Norveçin Azərbaycandakı səfiri Dillər Universitetində olublar

Norveç XİN-in MDB ölkələri üzrə şöbəsinin direktor müavini və Norveçin Azərbaycandakı səfiri Dillər Universitetində olublar
# 07 may 2010 09:34 (UTC +04:00)
Bakı – APA. Mayın 7-də Norveç Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə şöbəsinin direktor müavini Bard Svendsen və Norveçin Azərbaycandakı səfiri Yon Ramberq Azərbaycan Dillər Universitetində (ADU) rektor Səməd Seyidovla görüşüblər. Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Norveç universitetləri ilə Azərbaycan universitetləri, xüsusilə ADU arasında təhsil sahəsində pilot layihələrin həyata keçirilməsi müzakirə edilib. S. Seyidov ADU-nun müəllim və tələbələrinin Norveçin Oslo Universitetində beynəlxalq yay məktəbində iştirakının əməkdaşlığın inkişafında önəmli rol oynayacağını deyib. Layihə rəhbəri Vibeke Roqen isə bildirib ki, ADU ilə Norveçin Azərbaycandakı səfirliyinin uğurlu əməkdaşlığı nəticəsində ADU-da fəaliyyət göstərən Skandinaviya Mərkəzinin kitabxana bazasının daha da zənginləşdirilməsi və inkişaf etdirilməsi planlaşdırılır. Y. Ramberq də ADU-nun tələbələrinin səfirlikdə təcrübə keçməsinin əhəmiyyətini vurğulayıb.

Sonda pilot layihənin həyata keçirilməsi üçün danışıqların aparılması qərara alınıb.

Qeyd edək ki, bu ilin iyun-avqust aylarında ADU-nun 10 tələbəsi və 9 müəllimi Norveçin Oslo Universitetində beynəlxalq yay məktəbində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR