Bank Of Baku

TQDK-ya ödəmə kartlarının baha qiymətə satılması ilə bağlı məlumatlar daxil olub

TQDK-ya ödəmə kartlarının baha qiymətə satılması ilə bağlı məlumatlar daxil olub
# 07 may 2010 10:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ödəmə kartlarının 3 manata deyil, baha qiymətə satılması ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müəyyən məlumatlar daxil olur. Abituriyentlərdən xahiş olunur ki, belə məlumatları dərhal TQDK-ya rəsmi şəkildə çatdırsınlar, biz də hansı poçt şöbəsində bu halın baş verdiyini bilək və tədbir görək”. APA-nın məlumatına görə, bu sözləri TQDK-nın imtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırov deyib. O bildirib ki, ölkədə fəaliyyət göstərən bütün poçt şöbələri ödəmə kartları ilə təmin olunub: “Kartlar poçtlara verilərkən regionlarda sənəd verən abituriyentlərin sayı nəzərə alınıb. Bəzi poçt şöbələrində kartların olmaması ilə bağlı məlumatlar TQDK-ya da daxil olur. Biz bu məlumatları dərhal araşdırıb həmin poçtlara ödəmə kartları göndəririk”.

A. Bağırov əlavə edib ki, TQDK-nın nəzdində yaradılan internet-bank vasitəsilə abituriyentlər ödəmə kartlarını əldə edə bilərlər. Artıq sınaq imtahanlarında iştirak edən 8 min, ali məktəblərə sənəd verən 2 min abituriyent bu xidmətdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR