Bank Of Baku

TQDK-nın şöbə müdiri: “Abituriyentlərdən hər hansı haqq tələb etməyə heç kimin ixtiyarı yoxdur”

TQDK-nın şöbə müdiri: “Abituriyentlərdən hər hansı haqq tələb etməyə heç kimin ixtiyarı yoxdur”
# 07 may 2010 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Sənəd qəbulu komissiyalarında abituriyentlərdən heç bir rüsum tələb edilməməlidir. Bütün komissiyalar lazımi avadanlıq və dəftərxana ləvazimatları ilə təmin olunub. Abituriyentlərdən hər hansı haqq tələb etməyə heç kimin ixtiyarı yoxdur”. APA-nın məlumatına görə, bunu TQDK-nın İmtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırov deyib. O bildirib ki, 83 saylı orta məktəbdə yaradılan sənəd qəbulu komissiyasında abituriyentlərdən haqq tələb edilməsi faktı təsdiqləndikdən sonra komissiyanın bütün üzvləri işdən kənarlaşdırılıb və komissiyanın tərkibi dəyişdirilib: “TQDK öz işçilərini müxtəlif sənəd qəbulu komissiyalarına ezam edir və ictimaiyyətdən daxil olan məlumatlara dərhal reaksiya verir. Hələlik 83 saylı məktəbdəki komissiyadan başqa digər komissiyalardan belə məlumatlar daxil olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR