Bank Of Baku

Magistraturaya qəbul imtahanlarında 13 nəfərin köçürməsinə şərait yaradan nəzarətçilərlə bağlı lazımi ölçülər götürülüb

Magistraturaya qəbul imtahanlarında 13 nəfərin köçürməsinə şərait yaradan nəzarətçilərlə bağlı lazımi ölçülər götürülüb
# 07 may 2010 11:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Magistraturaya qəbul imtahanlarında 13 nəfərin köçürməsinə şərait yaradan nəzarətçilərlə bağlı lazımi ölçülər götürülüb. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırov bildirib. Onun sözlərinə görə, köçürmə halları bakalavrların bir-birinə kitabçalar ötürməsi ilə müşayiət olunub. Onlar həmçinin bir-birindən köçürməyə də şərait yaradıblar. Magistratura imtahanlarında köçürmə hallarına yol verən 13 bakalavrın nəticələri ləğv olunub.

Şöbə müdiri köçürmə hallarının daha çox magistraturaya imtahanın ilk dəfə keçirildiyi Gəncədə qeydə alınmasına da münasibət bildirib: “Bu o demək deyil ki, Gəncədə imtahanlar yaxşı təşkil olunmayıb. Ayrı-ayrı zallarda belə hallar baş verib. Biz fikirləşirik ki, imtahanlarla bağlı təlimat işini daha da gücləndirmək lazımdır. Amma Gəncədə imtahanlar bakıdakı kimi normal təşkil olunub”. A. Bağırovun sözlərinə görə, magistraturanın ilk mərhələsini uğurla başa vuran 6870 bakalavr iyunun 20-də ikinci mərhələ üzrə imtahan verəcəklər. Bu mərhələyə buraxılan bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR