Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində veteranlarla görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində veteranlarla görüş keçirilib
# 07 may 2010 11:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində alman faşizmi üzərində Qələbənin 65 illiyi münasibətilə bir qrup Böyük Vətən müharibəsi əlili və iştirakçısı ilə görüş keçirilib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və nazirliyin məsul işçiləri iştirak edib.

N.Məmmədovun sözlərinə görə, ölkə prezidentinin sərəncamına əsasən bu il Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının hər birisinə 500 manat (600 dollar) dəyərində yardım göstərilib: “Müqayisə üçün bildirim ki, Qazaxıstanda Qələbə münasibətilə veteranlara 360 dollar yardım ayrılıb. Eyni zamanda yaxın günlərdə veteranlar üçün şamil olunmuş yeni 81 mənzildən ibarət olan 9 mərtəbəli yeni yaşayış evinin tikintisi başa çatacaq. Bu günə kimi nazirlik tərəfindən 463 əlil veterana minik avtomobil ayrılıb və bu istiqamətdə işlər davam ediləcək”.

Məlumat üçün bildirək ki, hazırda ölkədə Böyük Vətən müharibəsinin veteranlarının sayı 4250 nəfərə yaxındır. Son dörd ildə 287 nəfər Böyük Vətən müharibəsi veteranına sanatoriya-kurort putyovkası verilib.

Görüşün sonunda Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına müxtəlif hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR