Bank Of Baku

Beynəlxalq Qızıl Xaç Komitəsi: Dünyanın 50 faizdən çox əhalisi şəhər yerlərində yaşayır

Beynəlxalq Qızıl Xaç Komitəsi: Dünyanın 50 faizdən çox əhalisi şəhər yerlərində yaşayır
# 07 may 2010 12:31 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara 8 mayı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara günü kimi qeyd edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu gündə diqqəti şəhərə çevrilmənin yaratdığı tələb və imkanlara cəlb edilir: “Zorakılıq, kasıblıq, qida çatışmazlığı, su və sanitariya sistemindən uyğunsuz şəkildə istifadə və genişlənməkdə olan insan zəifliyi insanların şəhərlərdə və yer kürəsinin sıx məskunlaşmış digər ərazilərində üzləşdiyi bir çox problemlər sırasındadır. Bununla belə şəhər həyatı həmçinin geniş imkanlar təqdim edir və sosial müdafiə, mədəni ifadə, orijinallıq və iqtisadi inkişafı özündə birləşdirmək vasitəsinə çevrilir. Dünyanın 50%-dən çox əhalisi şəhər yerlərində yaşayır və bu rəqəmin 2030-cu ildə 60%-ə çatacağı haqqında mülahizələr var. Dünyanın inkişaf edən yerlərində şəhərlərin növbəti iki onillikdə 95%-ə qədər artacağı gözlənilir”.

Açıqlamada qeyd olunur ki, yaxın keçmişdə Haitinin xaraba qoyulması fəlakətlərin əhalinin sıx məskunlaşdığı şəhər yerlərində nələr edə biləcəyini xatırladır. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Tadateru Konoe deyib ki, bizim borcumuz sağlamlığı inkişaf etdirmək, su və sanitariya sistemindən istifadəni yaxşılaşdırmaq, təsirli erkən xəbərdarlıq və erkən fəaliyyət sistemi yaratmaq və əhalinin gələcək fəlakətlər zamanı insanların həyatını xilas edəcək zəlzələyə davamlı sığınacaqlarla təchiz edilməsi üçün icmalar, yerli hökumət orqanları və yerli tərəfdaşlarla əməkdaşlıq etməkdir.
BQXK prezidenti Yakob Kellinberqer isə bildirib ki, silahlı münaqişələr və digər zorakılıq halları bir çox şəhərlərə birbaşa təsir edir: “Dözülməz insan əzablarına gətirib çıxaran vəziyyətlərin nümunələri olaraq Moqadişu, Bağdad və ya Kabul, ya həmçinin Rio de Janeiro və ya Naerobini gözlərinizin önünə gətirin. Hətta bəzi şəhərlərdə təcrübəsiz müharibə deyil, zorakılıq halları düşünülməyən həddə çatıb. Odur ki, gələcəkdə humanitar fəaliyyətimizin çox hissəsinin silahlı münaqişələrin deyil, müxtəlif zorakılıq hallarının təsir etdiyi şəhərlərdə həyata keçirilməsi məni əsla təccübləndirməzdi".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR