Bank Of Baku

Şəki Xəstəxanasının endokrinoloji laboratoriyasının açılışı keçiriləcək

Şəki Xəstəxanasının endokrinoloji laboratoriyasının açılışı keçiriləcək
# 07 may 2010 12:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 8-də Şəki Mərkəzi Xəstəxanasının endokrinoloji laboratoriyasının açılış mərasimi keçiriləcək. APA-nın Yunanıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, laboratoriya Yunanıstan XİN-in “Yunan yardımı” İnkişaf Agentliyi tərəfindən hədiyyə edilib. Yunanıstanın Patrı Universitetinin tibb fakültəsinin müəllimləri də bu işə yardımçı olublar.

Açılış mərasimində Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas, Şəki rayon İcra Hakimiyyətinin başçısı və qonşu ölkələrin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR