Bank Of Baku

İşğal altındakı ərazilərdən sel suları vasitəsilə axıb gələn iki ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

İşğal altındakı ərazilərdən sel suları vasitəsilə axıb gələn iki ədəd piyada əleyhinə mina zərərsizləşdirilib
# 07 may 2010 13:03 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. İşğal altındakı ərazilərdən sel suları vasitəsilə axıb gələn iki ədəd PMN-3 piyada əleyhinə mina partladılmaqla zərərsizləşdirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə hər iki mina Xaçın çayının sahilində müəyyən edilib. Partlayıcı qurğulardan biri Tərtər rayonunun Hüsənli kəndi istiqamətində, biri isə Bərdə rayonunun Şahvəlilər kəndinin yaxınlığında sahilə çıxıb. Tərtər istiqamətindəki mina Beynəlxalq Avrasiya Mətbuat Fondunun Mina Təhlükəsizliyi İcması, digər qurğu isə Daxili İşlər Nazirliyinin Bərdədə yerləşən Daxili Qoşun bölməsinin əməliyyat qrupu tərəfindən partladılıb. Sözügedən yaşayış məntəqələrindən sakinlər APA-nın Qarabağ bürosuna bildiriblər ki, indiyədək təkcə Xaçın çayının sularında 20-dən çox axıb gedən minaya rast gəliblər. Onlardan təxminən 4-ü iri çay daşlarına çırpıldığına görə partlayıb. İkisini isə dinc sakinlər tapıb. Qalan partlayıcı qurğuların yeri isə indiyədək məlum deyil.
Tərtər rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-nın Qarabağ bürosuna müsahibəsində deyib ki, işğal altındakı ərazilərdən axıb gələn çayların sahilləri indi həddindən artıq təhlükəli hesab olunmalıdır. Xüsusilə həmin çaykənarı ərazilərdə maldarlıqla, əkin-biçinlə məşğul olan adamlar ehtiyatla davranmalı və qarşılarına çıxan istənilən şübhəli əşya haqda dərhal yerli hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR