Bank Of Baku

Lənkəran Dövlət Universitetində Heydər Əliyevin doğum günü ilə bağlı elmi konfrans keçirilib

Lənkəran Dövlət Universitetində Heydər Əliyevin doğum günü ilə bağlı elmi konfrans keçirilib
# 07 may 2010 13:23 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Mayın 7-də Lənkəran Dövlət Universitetində (LDU) Heydər Əliyevin anadan olmasın 87-ci ildönümünə həsr olunmuş "Müasir elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, respublikanın müxtəlif ali məktəblərinin, qonşu rayonların elm, təhsil müəssisələrinin və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə LDU-nun rektoru, professor Asəf İsgəndərov açaraq tədbirin məqsədindən danışıb.
A. İsgəndərov "Lənkəran Dövlət Universiteti Heydər Əliyev siyasəti və onun uğurlu davamının işığında" mövzusunda məruzə ilə çıxış edib.
Tədbir "Təbiət elmləri", "Humanitar və pedaqoji elmlər", "İqtisad və idarəetmə elmləri" bölmələrində davam etdirilib. Bölmələrdə "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradıcısıdır", "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu", "Azərbaycan Heydər Əliyev zəkasının işığında", "Tarixi ipək yolunun bərpasında Heydər Əliyevin rolu", "Heydər Əliyev və Azərbaycan təhsili" və s. mövzularda məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR