Bank Of Baku

Daşqınlar nəticəsində Zərdab şəhərində yaranan içməli su problemi aradan qaldırılır

Daşqınlar nəticəsində Zərdab şəhərində yaranan içməli su problemi aradan qaldırılır
# 07 may 2010 13:40 (UTC +04:00)
Zərdab. Zahid Abışov –APA. Son günlər yağan güclü yağışlar, baş verən daşqınlar Zərdab şəhərində içməli su problemi yaradıb. APA-nın Aran bürosunun xəbərinə görə,
bununla bağlı bu gün “Azərsu” ASC-nin Birləşmiş Su Kanal MMC-nin sədri Etibar Məmmədovun başçılıq etdiyi heyət Zərdab rayonunda olub. Dalğıcların köməyi ilə Kürdə olan, şəhərə su ötürən nasoslar işlək vəziyyətə gətirilib. Bundan sonra şəhərin bir hissəsinə su vermək mümkün olub.
Bundan başqa, “Azərsu” tərəfindən Zərdab şəhərinə 7 ədəd 15 tonluq su maşınları gətirilib, həmin maşınlarla Göyçaydan içməli su gətirərək şəhərdə paylanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR