Bank Of Baku

Bakıda “İRƏLİ” İctimai Birliyinin növbəti ofis mərkəzi açılıb - FOTO

Bakıda “İRƏLİ” İctimai Birliyinin növbəti ofis mərkəzi açılıb - <font color=red>FOTO</font>
# 07 may 2010 13:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “İRƏLİ” İctimai Birliyinin Bakı şəhərində növbəti ofis mərkəzinin açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, Azadlıq prospekti-18 ünvanında yerləşən ofis haqqında təşkilatın sədri Ceyhun Osmanlı məlumat verib. O bildirib ki, yeni ofisdə “İRƏLİ” internet-radio, “İRƏLİ” kitabxana, “İRƏLİ” hüquq mərkəzi, “İRƏLİ” tarix mərkəzi, “İRƏLİ” xarici dillər mərkəzi və digər qurumlar fəaliyyət göstərir. C. Osmanlı deyib ki, yaradılan xidmətlər Azərbaycan gənclərinin dünyagörüşünün formalaşması, maarifləndirilməsi, axtarılan hər hansı informasiyanın əldə olunması baxımından mühüm rol oynayır.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev də çıxış edib. Onun sözlərinə görə, “İRƏLİ” İctimai Birliyi tərəfindən yaradılan bu mərkəzlər Azərbaycanda gəncliyin nə qədər inkişaf etdiyini göstərir: “Biz də hesab edirik ki, bu yer gənclik üçün çox sevimli bir məkana çevriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR