Bank Of Baku

Gəncə Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları keçirilir

Gəncə Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları keçirilir
# 07 may 2010 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Gəncə Müalicə-Diaqnostika Mərkəzində (MDM) Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən humanitar aksiya çərçivəsində mayın 7-dən başlayaraq Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahiyyə briqadası açıq ürək əməliyyatlarının icrasına başlanıb.

ARDNŞ-in Sosial İnkişaf İdarəsinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əməliyyatlar mayın 7-si və 8-də ən kiçiyi 1 yaş 3 aylıq körpə olmaqla, anadangəlmə ürək qüsurundan əziyyət çəkən 4 xəstə üzərində həyata keçiriləcək. Onların bəzilərində belə qüsurlar iki və ya daha çoxdur.

Əməliyyatlara Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Xəstəlikləri Mərkəzinin rəhbəri Rəşad Mahmudov rəhbərlik edir.

R.Mahmudovun sözlərinə görə, regionlarda inşa olunan MDM-lərdə bu günə qədər 165 xəstə üzərində açıq ürək əməliyyatları, 500-dən çox xəstə üzərində angeoqrafiya müayinələri aparılıb və hazırda bu iş davam etdirilir.

R.Mahmudov qeyd edib ki, açıq ürək əməliyyatları ilə bağlı növbəti aksiyalar Şamaxı və Quba MDM-lərdə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR