Bank Of Baku

Təhsil Nazirliyinin “qaynar xətt”inə daxil olan müraciətlər əsasında 2 məktəb direktoru işdən çıxarılıb

Təhsil Nazirliyinin “qaynar xətt”inə daxil olan müraciətlər əsasında 2 məktəb direktoru işdən çıxarılıb
# 07 may 2010 15:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (4963482, 4963761 saylı telefonlara, [email protected] ünvanına) 1003 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin 919-u (91.6 faizi) telefonla, 84-ü (8.4 faizi) elektron poçt vasitəsilə qəbul edilib. Daşıdığı informasiyanın əhəmiyyətindən, mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq qaydada araşdırılıb, ünvanlı müraciətlər isə yazılı şəkildə cavablandırılıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciət əsasında Bakı şəhərinin 63 nömrəli məktəbində yaranmış vəziyyət araşdırılıb, burada şagird-müəllim-valideyn münasibətlərinin düzgün qurulması, sanitar-gigiyenik normalara əməl olunması istiqamətində zəruri işlərin aparılmadığı müəyyən olunub, məktəbin direktoruna töhmət elan edilib. Daxil olmuş digər müraciətlər əsasında Cəlilabad şəhər 1 və 8 saylı məktəblərdəki vəziyyət araşdırılıb, işdə yol verdikləri nöqsanlara görə hər iki məktəbin direktoru tutduqları vəzifədən azad olunublar.
“Qaynar xətt” xidmətinə daxil olan ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi isə Gəncə, Sumqayıt və Şirvan şəhərlərindəndir. Bakıdan 74, Sumqayıtdan 5, Gəncədən 3, Mingəçevirdən 3, Şirvandan 1 müraciət daxil olub. Rayonlar üzrə Abşeron, Goranboy, Qəbələ, Gədəbəy, Şamaxı, Cəlilabad, Lənkəran, Biləsuvar, Fizuli və Şamaxıdan daha çox müraciət qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR