Bank Of Baku

Misir Mərdanov Norveç səfiri ilə görüşüb

Misir Mərdanov Norveç səfiri ilə görüşüb
# 07 may 2010 16:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq və Norveç nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov son illər Azərbaycanla Norveç arasında mövcud olan əlaqələrin, xüsusilə təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini deyib. Nazir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Y. Ramberq isə universitetlərin birgə əməkdaşlığı məsələsinə toxunaraq Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında həyata keçirilən layihənin əhəmiyyətindən söz açıb və bu layihəyə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR