Bank Of Baku

“Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi” mövzusunda tədbir keçirilib

“Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi” mövzusunda tədbir keçirilib
# 08 may 2010 09:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ağsu şəhərində Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “Tarixi-mədəni irsə qayğıkeş münasibətin Heydər Əliyev nümunəsi” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası və Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova başda olmaqla respublikanın tarixçiləri, arxeoloq və etnoqraf alimləri iştirak ediblər. Tədbir iştirakçıları mərhum prezidentin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoyduqdan sonra Heydər Əliyev muzeyində olublar.

Daha sonra orta əsr Ağsu şəhər yerində aparılmış arxeoloji qazıntılarla və Ağsu rayon tarix-diyarşünaslıq muzeyində Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə açılmış sərgi ilə tanışlıq olub. Sonda Rayon mədəniyyət sarayında “Ağsu şəhəri orta əsrlərdə” kitabının və Ağsu arxeoloji ekspedisiyasının internet səhifəsinin təqdimat mərasimi keçirilib. Tədbirlərdə Ağsu rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü İlyas Babayev, Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev, Ağsu arxeoloji ekspedisiyasının rəis müavini, tarix elmləri namizədi Fariz Xəlilli və başqaları çıxış edərək Heydər Əliyevin tarixi-mədəni irsə göstərdiyi qayğıdan danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR