Bank Of Baku

Respublika Milli Onkoloji Mərkəzin mütəxəssisləri Tovuzda əhali arasında profilaktik müayinələr həyata keçiriblər

Respublika Milli Onkoloji Mərkəzin mütəxəssisləri Tovuzda əhali arasında profilaktik müayinələr həyata keçiriblər
# 08 may 2010 10:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Respublika Milli Onkoloji Mərkəzin mütəxəssisləri tərəfindən Tovuz rayonunda əhali arasında keçirilən iki günlük profilaktik müayinələr başa çatıb. APA-nın məlumatına görə, Respublikanın baş onkoloqu Fuad Mərdanlının rəhbərliyi ilə mütəxəssislərdən ibarət geniş heyət iki gün ərzində sərhəd rayonu olan Tovuzun sakinləri arasında yüksək səviyyədə müayinələr aparıb.

393 rayon sakininin müayinəsi zamanı 60 nəfər baş-boyun nahiyəsinin, 65 nəfər mammaloji, 48 nəfər ginekoloji, 160 nəfər abdominal-onkoloji, 60 nəfər rentgen müayinəsindən keçirilib. Müayinələr zamanı onlarla kənd sakinində müxtəlif onkoloji xəstəliklərlə yanaşı, digər xəstəliklər aşkar edilib. Həmin şəxslərə müalicələr yazılıb, bəzilərinin mərkəzə müraciət etmələri tövsiyə olunub.

Respublika Milli Onkoloji Mərkəzin baş direktoru akademik Cəmil Əliyevin təşəbbüsü ilə bölgələrdə yüksək səviyyəli mütəxəssislər tərəfindən aparılan profilaktik müayinələrin çox vacib və əhəmiyyətli olduğunu diqqətə çatdıran millət vəkili Q. Paşayeva bu müayinələr nəticəsində insanlar arasında onkoloji də daxil olmaqla, müxtəlif növlü xəstəlikləri vaxtında aşkar etməyin mümkün olduğunu, bunun nəticəsində çoxlu sayda insanın həyatının xilas edildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR