Bank Of Baku

Azərbaycanın təbii fəlakət qeydə alınan bölgələrindəki 40-a yaxın təhsil müəssisəsində müxtəlif problemlər yaranıb

Azərbaycanın təbii fəlakət qeydə alınan bölgələrindəki 40-a yaxın təhsil müəssisəsində müxtəlif problemlər yaranıb
# 08 may 2010 10:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Son günlər Azərbaycanın təbii fəlakət qeydə alınan bölgələrində yerləşən 40-a yaxın təhsil müəssisəsində müxtəlif problemlər yaranıb. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib.

B. Hüseynzadənin sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarının köməyi ilə bu problemlərin əksəriyyəti həllini tapıb: «Kür çayının kənarında yerləşən rayonların təhsil şöbələri ilə əlaqə saxlamışıq. Əsas problemlər Sabirabad rayonunda yaranıb. Burada 9 təhsil müəssisəsinin fəaliyyəti dayanıb. Onların 7-si məktəb, 2-si isə uşaq bağçasıdır. Ağcabədi rayon təhsil şöbəsi ilə də əlaqə saxlamışıq. Bu rayonda heç bir problem yoxdur və təhsil prosesi normal davam edir».

B. Hüseynzadə onu da qeyd edib ki, təbii fəlakətin qeydə alındığı rayonlarla gündəlik əlaqə yaradılır, vəziyyət nəzarətdə saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR