Bank Of Baku

Azərbaycanın Balakən rayonunda Böyük Vətən Müharibəsinin iki iştirakçısına maşın hədiyyə edilib

Azərbaycanın Balakən rayonunda Böyük Vətən Müharibəsinin iki iştirakçısına maşın hədiyyə edilib
# 09 may 2010 10:12 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda faşizm üzərində qələbənin 65 iliyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, tədbir rayonun Katex kəndində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış “Ana” xatirə kompleksinin qarşısında keçirilib.

Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Milli Məclisin deputatları Rəbiyyət Aslanova və Dünyamin Xəlilov, müharibə veteranları iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı və millət vəkilləri veteranları təbrik ediblər. Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə faşizm üzərində qələbənin 65 illiyi münasibətilə hazırlanmış medallar veteranlara təqdim olunub.

Həmçinin Böyük Vətən Müharibəsi iştirakçısı olmuş Heydərov Ramazan Mahma oğlu və Səmədov Cahangir Mahmud oğluna “OKA” markalı avtomobil hədiyyə edilib.

Qeyd edək ki, hazırda Balakən rayonunda Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş 44 nəfər yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR