Bank Of Baku

Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüş başa çatıb

Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüş başa çatıb
# 09 may 2010 15:39 (UTC +04:00)
Federasiyadan APA-ya verilən məlumata görə, yürüşə dağ idman növü ilə məşğul olan 70-dən çox idmançı qatılıb.

Mayın 8-də Bakıdan başlanan yürüş Xınalıq yolunda baş vermiş sürüşmə ilə əlaqədar başqa alternativ piyada yollarla Qızıl Qaya massivinin ətəklərində davam edib və günün sonunda ekspedisiya üzvləri zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurublar.

Müvafiq avadanlıq və ləvazimatlardan ibarət olan 20 kiloqramlıq bel çantası ilə hərəkət edən yürüş iştirakçıları qarşılaşdıqları bütün çətinliklərə, eləcə də sərt relyef və mürəkkəb hava şəraitinə baxmayaraq, mayın 9-da qarşıya qoyulan məqsədə çatıb və “Heydər zirvəsi”ndə Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR