Bank Of Baku

Avropa Şurası qadınlara qarşı zorakılıqla mübarizə haqqında Konvensiya hazırlayır

Avropa Şurası qadınlara qarşı zorakılıqla mübarizə haqqında Konvensiya hazırlayır
# 24 may 2010 11:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Avropa Şurası baş katibinin müavini Mod de Bur Bukikkio AŞ-nin “Gender bərabərliyi: de yure və de fakto gender bərabərliyi arasındakı fərqin aradan qaldırılması” mövzusunda Bakıda təşkil olunan 7-ci konfransla bağlı keçirilən mətbuat konfransında deyib. O, ilin sonuna qədər hazır olacaq layihənin qadınlara qarşı zorakılığın qarşısının alınmasına yönəlmiş konkret tədbirlər görülməsi və bu sahədə qanunvericiliyin yaxşılaşdırılmasına yönələcəyini söyləyib.

Mod de Bur Bukikkio AŞ-nin gender bərabərliyi mövzusunda ilk konfransından 25 il ötdüyünü xatırladıb: “Bu gün məmnunluqla qeyd etmək olar ki, Avropa Şurası üzvlərinin əksəriyyəti gender qeyri-bərabərliyi və qadın zorakılığı ilə mübarizəyə dair qanunvericiliyə malikdir”. Lakin qanunvericiliklə reallıq arasında fərq olduğunu da qeyd edən AŞ nümayəndəsi, qadınların daha çox yoxsulluq və işsizlikdən əziyyət çəkdiyini, KİV tərəfindən yaradılan qadın imicinin bəzən stereotiplərdən ibarət olduğunu, bu stereotiplərin aradan qaldırılması üçün iş aparmağın vacibliyinin vurğulayıb.

AŞ-nin Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları pozulan qadınlarla bağlı hər hansı addım atıb-atmayacağına dair sualı cavablandıran M. de Bukikkio bildirib ki, qaçqınlar və məcburi köçkünlər daha çox hüquqları pozulan qrupdur: “Onların digərlərindən daha çox yardıma ehtiyacı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR