Bank Of Baku

Quba avtovağzalında sürücülər aksiya keçiriblər

Quba avtovağzalında sürücülər aksiya keçiriblər
# 24 may 2010 13:14 (UTC +04:00)
Quba. APA. Bu gün Quba avtovağzalında sürücülər aksiya keçiriblər. APA-nın Quba-Xaçmaz bürosunun məlumatına görə, Quba-Bakı marşrutunda hərəkət edən 20 mikroavtobusun fəaliyyətinin dayandırılması, bunun əvəzində həmin marşruta 6 ədəd çoxtutumlu yeni avtobusun daxil edilməsi işsiz qalan sürücülər tərəfindən narazılıqla qarşılanıb. İşsiz qalan 20 sürücünün əksəriyyəti avtomobili kreditlə aldığını, marşrutdan çıxarıldıqdan sonra isə ciddi maliyyə problemi ilə rastlaşdığını bildirib. Şəhid ailələrinin üzvü olduqlarını deyən mikroavtobus sürücüləri yeni avtomobillərdə tamamilə ayrı sürücülərin çalışmasına da etiraz edib.

2 saylı Nəqliyyat Departamentinin əməkdaşı Ramin Məmmədov APA-nın yerli bürosuna verdiyi açıqlamada mikroavtobus sürücülərinin Quba-Bakı marşrutunda çalışması üçün rəsmi icazələri olmadığını bildirib. O, həmçinin qeyd edib ki, avtomobili texniki cəhətdən saz vəziyyətdə olan sürücülər nəzərə alınacaq və onlara marşruta çıxmaq üçün lisenziya veriləcək.

Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentindən isə APA-ya bildirilib ki, hazırda sürücülərin narazılığı ilə bağlı araşdırma aparılır. Departamentdən verilən məlumata görə, bundan əvvəl, Bakı-Quba marşrutu üzrə fəaliyyət göstərən mikroavtobus sahiblərinə idarə etdikləri avtobusların yeniləşdirilməsi barədə bir neçə dəfə xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR