Bank Of Baku

Hüseyn Bağırov: “Ermənilər Sərsəng su anbarında suyu birdən buraxmaqla Tərtər çayında səviyyəni qaldırırlar”

Hüseyn Bağırov: “Ermənilər Sərsəng su anbarında suyu birdən buraxmaqla Tərtər çayında səviyyəni qaldırırlar”
# 24 may 2010 14:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ermənilər görürlər ki, Azərbaycanda çayların səviyyəsinin qalxması ilə bağlı çətin vəziyyət yaranıb, bu gərginliyə özlərinin dırnaqarası paylarını verirlər. Onlar Sərsəng su anbarında suyu yığıb birdən buraxırlar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, Tərtər çayında olan vəziyyət Azərbaycandan tam asılı olan məsələ deyil: “Burada ermənilər özlərinin total müharibələrini ekoloji metodlarla davam etdirilər. Adi halda Tərtər çayında suyun normal axını saniyədə üç, dörd və ya beş kubmetr olmalıdır. Amma suyu birdən buraxanda onun təzyiqi 80-90 kubmetrə çatır“.

Nazir bildirib ki, Tərtər və digər dağ çaylarında güclü su axınının ölkənin digər hissəsinə ötürmək üçün su anbarları tikilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR