Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekoloqların peşə bayramı ilə bağlı tədbir keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekoloqların peşə bayramı ilə bağlı tədbir keçirilib
# 24 may 2010 14:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində 23 may -ekoloqların peşə bayramı ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, son 5-6 ildə nazirliyin fəaliyyəti çoxsaylı layihələrin icrası ilə müşahidə olunur: “Hazırda nazirliyin işçilərin böyük bir hissəsi Kürün Xəzərə töküldüyü ərazilərdədir. Böyük bir qrup sürətli su axınlarının qarşısını alınması üçün ağac materialları hazırlayırlar. Meteoroloqlar demək olar ki, fövqəladə rejimdə çalışırlar. Gündə qərar qəbul edən orqanlara 3, hətta 4 dəfə məlumat ötürürlər. Məhz bunun nəticəsidir ki, vəziyyət kritik olsa da, idarəolunandır”.

Nazir bildirib ki, son illər 122 kənddə modul tipli su təmizləyici qurğular quraşdırılıb. Təkcə Abşeronda və ətraf rayonlarda 1,6 milyon ağac əkilib. Onlardan 950 mini ETSN-nin işçiləri tərəfindən əkilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə bildirib ki, son illər Azərbaycanda ekoloji tarazlıq və yaşıllaşdırma siyasəti ilə bağlı böyük layihələr həyata keçirilir: “Təsadüfi deyil ki, 2010-cu il ölkədə “Ekologiya ili” qeyd olunub. Yeni Azərbaycan Partiyası ölkədə ağacəkmə kampaniyasında aktiv iştirak edib və bununla da aparılan ekoloji siyasətə dəstək verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR