Bank Of Baku

Ombudsman BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsini qəbul edib

Ombudsman BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsini qəbul edib
# 24 may 2010 15:48 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkil Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqına və məcburi köçkünə çevrilmiş azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən mühüm tədbirləri diqqətə çatdırıb, lakin bu insanların öz doğma yurd yerlərinə qayıtması hələlik problem olaraq qaldığını vurğulayıb. Qaçqınların və məcburi köçkünlərin qayğıya daha çox ehtiyacı olan əhali qrupu olduğunu nəzərə alaraq, bu qəbildən olan insanlara diqqətlə yanaşılmasının zəruriliyi qeyd edilib.

V. Kalin səfərdən məqsədinin məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əlaqələndirməni həyata keçirməkdən, bu insanların vəziyyətinə beynəlxalq ictimaiyyətin diqqətini artırmaqdan ibarət olduğunu deyib.
BMT Baş katibinin nümayəndəsi Azərbaycanda böyük quruculuq işləri aparıldığını, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm işlərin görüldüyünü söyləyib.
Müvəkkil əhalinin bu qrupunun vəziyyətinə insan hüquqları prizmasından baxılmasının, məcburi köçkün icmalarına kömək göstərilməsinin, bir sıra ölkələrin təcrübəsi üzrə icma təşkilatlarının yaradılmasının zəruriliyini önə çəkib.
Görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəsi V. Stefanov və bu qurumun Azərbaycandakı nümayəndəsi T. Məlikaslanov iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR