Bank Of Baku

Ekologiya və təbii sərvətlər naziri: “Artıq Kürün Xəzərə axan hissəsində aparılan hesablamaların nəticələri məlumdur”

Ekologiya və təbii sərvətlər naziri: “Artıq Kürün Xəzərə axan hissəsində aparılan hesablamaların nəticələri məlumdur”
# 24 may 2010 16:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Daxili hövzələrdən, su anbarlarından daha səmərəli istifadə etmək lazımdır. Yağışlar zamanı onların daha boş səviyyəyə çatması üçün qayda qoymaq lazımdır”. APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, artıq Kürün Xəzərə axan hissəsində aparılan hesablamaların nəticələri məlumdur: “Müşahidə olunur ki, Xəzərə gələn 200-250 kub sudan 50 kuba qədər hissəsi şişməyə səbəb olur, sərbəst dənizə axmır. Bala Kürdən şərqə doğru qazılan kanal 500-600 kub metr su buraxmaq qabiliyyətini saxlayır, amma onun dənizə çıxan hissəsi şimala baxdığı üçün şimal küləkləri orada çox güclü qum, lildən ibarət bankalar yaradır. Hazırda gəmilər orada effektli iş aparır, amma bu işlər hələ başa çatmayıb”.

H. Bağırov bildirib ki, Hacıqabul rayonunda bəndin yarılması nəticəsində axan su Hacıqabul gölünə yönəldilir: “Bu gölün bu qədər həcmdə suyu təhlükəsiz qəbul etmək imkanı var. Hacıqabul gölünə 20-22 milyon kub metr su gələ bilər. Hacıqabul gölü Kür çayının daşması ilə bağlı olan vahid orqanizmin hissəsidir. Sarısu gölü də artıq rekord həcmdə su qəbul edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR