Bank Of Baku

Bakıdakı 190 saylı orta məktəbdə 28 May - Respublika günü münasibətilə görüş keçirilib

Bakıdakı 190 saylı orta məktəbdə 28 May - Respublika günü münasibətilə görüş keçirilib
# 24 may 2010 16:21 (UTC +04:00)
Bakı-APA. Bakının Səbayel rayonundakı 190 saylı orta məktəbdə Milli Təhlükəsizlik Nazirliyi (MTN) təmsilçilərinin iştirakı ilə 28 May - Respublika günü münasibətilə görüş keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin Səbayel rayon idarəsinin əməkdaşları, təhlükəsizlik orqanlarının və Qarabağ müharibəsinin veteranları, Səbayel rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Məktəbin direktoru Afət Bakıxanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əhəmiyyətini qeyd edərək, 28 Mayın Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz və daxili qarşıdurma nəticəsində 23 aydan sonra süqut etməsinə baxmayaraq, azadlıq hissləri xalqımızı heç zaman tərk etməmiş, şüurumuza hakim kəsilib. Milli təhlükəsizlik orqanlarının veteranı Arif Zeynalov, Səbayel rayon Veteranlar Şurasının sədri Ömər Ağayev tədbirdə çıxış ediblər. Çıxışlarda 1993-cü ildə xaos və anarxiya şəraitində yaşayan, hər an parçalanmaq və məhv olmaq, yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın yeganə nicat yolunun Heydər Əliyevin tarixi missiyasında əksini tapdığı bildirilib. Təhlükəsizlik orqanlarının veteranı Şirin Hacıkərimov da çıxışında bu gün Azərbaycanın müstəqillik yolunda inamla addımladığını və dünya dövlətləri sırasında layiqli yer tutduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Babək Budaqlı bütün gəncləri Heydər Əliyev irsinə və amallarına daim sadiq olmağa çağırıb. Tədbir məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR