Bank Of Baku

Prezident İlham Əliyev xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında fərman imzalayıb
# 24 may 2010 23:03 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.

Fərmana əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.2.1-ci maddəsinin icrasının təmin edilməsi məqsədi ilə qərara alınır:
1. Müəyyən edilsin ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir:
1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə;
1.2. inzibati vəzifə tutan dövlət qulluqçularına;
1.3. hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərdə çalışan şəxslərə;
1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda xidməti yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş digər şəxslərə.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR