Bank Of Baku

Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 95005 abituriyent elektron ərizəsini təsdiq etdirib

Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 95005 abituriyent elektron ərizəsini təsdiq etdirib
# 25 may 2010 08:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün saat 10.30-a olan məlumata görə, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 95005 abituriyent elektron ərizəsini təsdiq etdirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, onlardan 11629 nəfəri rus bölməsinə, 83378 nəfəri isə Azərbaycan bölməsinə sənəd verib. Ən çox sənəd ali məktəblərin I ixtisas qrupu üzrə verilib. Bu qrup üzrə 29281 nəfər sənəd verib. II ixtisas qrupu üzrə 24252, III ixtisas qrupu üzrə 27988, IV ixtisas qrupu üzrə isə 13484 nəfər elektron ərizəsini təsdiq etdirib. E. Nağızadə bildirib ki, abituriyentlər mütləq elektron ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər: “Bəzi abituriyentlər diqqətsizlik edərək “ödəmə kartı”nı itirirlər. Belə olan halda isə kartdakı iş nömrəsindən və şifrdən istifadə edə, öz elektron ərizələrinə daxil ola bilmirlər. Buna görə də abituriyentlər “elektron kartları” ilə ehtiyatlı davranmalı, özlərinə aid məlumatları kompüterə daxil edərkən diqqətli olmalıdırlar”.

Qeyd edək ki, sənəd qəbulu mayın 31-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR