Bank Of Baku

TQDK abituriyentləri imtahan qaydalarına riayət etməyə çağırıb

TQDK abituriyentləri imtahan qaydalarına riayət etməyə çağırıb
# 25 may 2010 08:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Rus bölməsinin abituriyentləri üçün mayın 23-də “Azərbaycan dili” fənnindən keçirilən imtahan bir daha sübut etdi ki, bəzi abituriyentlər digərlərindən köçürməklə və ya imtahan qaydalarını pozmaqla nəyəsə nail olacaqlarına ümid edirlər. Lakin bunun nəticələri elə həmin abituriyentlər üçün pis oldu”. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, TQDK bir daha abituriyentləri imtahan qaydalarına riayət etməyə çağırır: “İmtahanda köçürməyə çalışan və ona şərait yaradan abituriyentlərin hər birinin imtahan nəticələri ləğv olunur. TQDK-nın imtahan başa çatandan sonra imtahan nəticələrini araşdıran xüsusi proqramı var. Məhz bunun nəticəsində “Azərbaycan dili” imtahanında 18 nəfərin bir-birindən köçürdüyü müəyyənləşdi və onların hamısının nəticələri ləğv edildi. İmtahana buraxılış vərəqələrində imtahan qaydaları bir daha xatırlanır. Qarşıdan qəbul imtahanlarının gəldiyini nəzərə alaraq bir daha abituriyentlərə müraciət edərək onları imtahan qaydalarına ciddi riayət etməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR