Bank Of Baku

Hicran Hüseynova: “Münaqişə nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş qadınların xüsusi köməyə ehtiyacı var”

Hicran Hüseynova: “Münaqişə nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş qadınların xüsusi köməyə ehtiyacı var”
# 25 may 2010 11:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Milli Məclisdə ““Məişət zorakılığının qarşısının alınması və məişət zorakılığından zərər çəkən şəxslərin müdafiəsi haqqında” qanunun qəbul olunması çox mühüm hadisədir”. APA-nın məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, yeni qəbul olunmuş qanun məişət zorakılığı ilə mübarizədə yeni imkanlar açacaq: “Qanun təkcə qadınlar üzərində zorakılığın deyil, həm də məişət zorakılığının bütün formalarının, o cümlədən uşaqların zorakılığa məruz qalmasının yolverilməz olduğunu təsdiqləyir. Bu qanun məişət zorakılığına məruz qalmış insanlara yardım göstərilməsini, bu məqsədlə reabilitasiya mərkəzlərinin açılmasını nəzərdə tutur”.

Hicran Hüseynova Dağlıq Qarabağ münaqişəsinin qadın hüquqlarına mənfi təsir göstərdiyini də qeyd edib: “Münaqişə nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş qadınların xüsusi köməyə ehtiyacı var, onlarla daimi iş aparılmalı, onların cəmiyyətə inteqrasiyasına yardım göstərmək lazımdır. Məcburi köçkün qadınların hüquqlarının pozulması məsələsi Azərbaycan tərəfindən bütün beynəlxalq konfranslarda qaldırılır. Bu məsələdə ikili standartlar ola bilməz. Beynəlxalq ictimaiyyət bu məsələyə dair öz mövqeyini açıqlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR