Bank Of Baku

Gəncədə standartlara cavab verməyən spirtsiz sərinləşdirici içkiləri aşkar etmək üçün reydlər keçirilib

Gəncədə standartlara cavab verməyən spirtsiz sərinləşdirici içkiləri aşkar etmək üçün reydlər keçirilib
# 25 may 2010 11:36 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Havaların isti keçməsi ilə əlaqədar olaraq insanların spirtsiz içkilərə və mineral sulara olan tələbatı tələbatı nəzərə alaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Ərazi Nəzarət İdarəsi standartlara cavab verməyən spirtsiz sərinləşdirici içkiləri aşkar etmək üçün reydləri davam etdirir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, keçirilən reyd zamanı Gəncədə fəaliyyət göstərən mineral sular və və sərinləşdirici spirtsiz içkilər istehsalı ilə məşğul olan 2 sexdə neqativ hallar aşkar edilib. 2 saylı Ərazi Nəzarət İdarəsi əməkdaşları ilk olaraq Gəncənin “Azərbaycan Əsgəri” küçəsində fəaliyyət göstərən Həsən Həsənova məxsus sexə baxış keçirərkən istehsal sahəsində xeyli sayda neqativ hallar aşkarlayıblar. 11 adda spirtsiz içki istehsal edilən sexdə demək olar ki, heç nə standartın tələb və normalarına cavab verməyib. Yoxlama zamanı limonadların içinə qatılan komponentlərin nə mənşəyi, nə də istehsal tarixinin məlum olmadığı üzə çıxıb. Sexdə həmçinin yerli və xarici şirkətlərin əmtəə nişanından istifadə edərək saxta məhsul istehsalı aparıldığı da aşkarlanıb. Burada həmçinin istehsal sahəsində məhsulların hazırlanması kimi, saxlanılması, qabların sterelizə edilməsi və digər göstəricilər də standartın tələb və normalarına cavab verməyib.

“Alüminiumçular” qəsəbəsində yerləşən İlqar Əliyevə məxsus sexə baxış keçirən komitə əməkdaşları burada da mənşəyi bəlli olmayan sudan istifadə edilərək istehsalın aparıldığını aşkarlayıblar. Belə ki, sexdə araşdırma zamanı bir neçə adda istehsal olunan məhsulların heç bir sənədlərinin olmadığı da üzə çıxıb.

Yol verdikləri qanun pozuntularına görə hər iki istehsal sahəsinin hazır məhsulları komitə əməkdaşları tərəfindən möhürlənib və onların satışına qadağa qoyulub. Sexlərin bundan sonrakı aqibəti isə məhsulların laboratoriya analizlərindən sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR