Bank Of Baku

Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Assambleyasının 63-cü sessiyasında iştirak edib

Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Assambleyasının 63-cü sessiyasında iştirak edib
# 25 may 2010 15:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə naziri Oqtay Şirəliyev İsveçrənin Cenevrə şəhərində keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 63-cü sessiyasında iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Marqaret Çan hesabat məruzəsi ilə çıxış edib. Assambleyanın işi ərəfəsində eyni zamanda səhiyyənin texniki məsələləri, Beynəlxalq Tibbi-Sanitar Qaydaların həyata keçirilməsi, İctimai səhiyyə və innovasiyalar, Minilliyin İnkişaf Məqsədlərində səhiyyə məsələləri, infeksion xəstəliklərlə mübarizə, yeni doğulmuşların qidalanması, tibb personalının işlə təmin edilməsində beynəlxalq kodeks, virus hepatiti, vərəmlə mübarizə, poliomielitin aradan qaldırılması, qan məhsullarının təhlükəsizliyi və keyfiyyəti, səhiyyə sahəsində elmi tədqiqat işlərinin aparılmasında ÜST-nın rolu, tibbi kadrların hazırlanması, mühacirlərin sağlamlığı, dərmanların səmərəli istifadəsi və saxta tibbi məhsulların aradan qaldırılması, işğal olunmuş Fələstin ərazilərində səhiyyənin vəziyyəti və digər məsələlər müzakirə olunub.

O. Şirəliyev Belarusun səhiyyə naziri Vasili Jarko, Andorra Knyazlığının səhiyyə naziri Kristina Rodrigeslə, Vaksinasiya və İmmunizasiya üzrə Qlobal Alyansın və ÜST katibliyi ilə işçi görüşlər keçirib. Belarusun səhiyyə naziri ilə görüşdə hər iki ölkə arasında imzalanmış səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında sazişin yerinə yetirilməsi, tibbi kadrların diplomdan sonrakı hazırlığı üzrə əlaqələrin davam etdirilməsi məsələləri müzakirə olunub. Andorra Knyazlığının səhiyyə naziri səhiyyə sahəsində əlaqələrin yaradılması imkanlarının perspektivləri müzakirə edilib. Vaksinasiya və İmmunizasiya üzrə Qlobal Alyansın Katibliyi bu sahədə Alyansın apardığı proqram və layihələr haqqında hazırladığı hesabatı Azərbaycan tərəfinə təqdim edib. ÜST katibliyi ilə görüşdə 2011-ci ilin sentyabrında ÜST-ün Avropa regionu üzrə növbəti sessiyasının keçirilməsi üzrə işçi qrupun Azərbaycana səfəri proqramı məsələləri də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR