Bank Of Baku

Təhsil Nazirliyi daşqın olan bölgələrdə mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı xüsusi qərar qəbul edəcək

Təhsil Nazirliyi daşqın olan bölgələrdə mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı xüsusi qərar qəbul edəcək
# 26 may 2010 08:04 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib: “Biz bir daha yerlərdə şəraitlə tanış olub, valideynlərlə, şagirdlərlə görüşməliyik. Əlbəttə, onların fikri əsas olacaq ki, həmin bölgələrdə mərkəzləşmiş buraxılış imtahanları keçirək, ya yox. Keçirsək, necə keçirək? Keçirməsək, onların attestat qiymətlərinin yazılmasını necə müəyyənləşdirək? Bu məsələni yerlərdə şagirdlərin, müəllimlərin arzusuna uyğun həll etsək daha düzgün olar”. Nazir deyib ki, iyunun 1-2-nə qədər bununla bağlı xüsusi qərar qəbul olunacaq.

M. Mərdanov qeyd edib ki, nazirliyi imtahanların necə götürülməsi deyil, şagirdlərin sağlamlığı maraqlandırır. Nazirin sözlərinə görə, daşqın olan rayonların icra hakimiyyəti başçıları və təhsil şöbələrinin müdirləri imtahanların keçirilməsi xahişi ilə ona müraciət ediblər: “Bu da onu da göstərir ki, müxtəlif tərəflərdən buraxılış imtahanlarının keçirilməsinə təzyiqlər olmasına baxmayaraq, Azərbaycan cəmiyyətində imtahanların keçirilməsinə maraq və istək var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR