Bank Of Baku

Ukraynada 2 mindən artıq Azərbaycan vətəndaşı ali təhsil alır

Ukraynada 2 mindən artıq Azərbaycan vətəndaşı ali təhsil alır
# 26 may 2010 10:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Ukraynanın ali məktəblərində 2 mindən artıq Azərbaycan vətəndaşı təhsil alır. APA-nın məlumatına görə, bu barədə Ukrayna Elm və Təhsil Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzinin nümayəndəsi Aydın Novruzov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ukraynada tədrisin səviyyəsi Avropa ölkələrindəki səviyyədən aşağı deyil: “Bu ölkədə tələbələrə beynəlxalq diplom verilir, həmçinin təhsil haqqı da çox aşağıdır. Ukrayna ali məktəblərində illik təhsil haqqı orta hesabla 1,300-1,500 dollardır. Bundan başqa yaşayış minimumu da nəzərə alınmalıdır, əgər Avropada bir tələbənin aylıq yaşayış xərcləri 1000 avro təşkil edirsə, Ukraynada bu rəqəm 250-300 dollardır”. Qeyd edək ki, Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfərdə məqsəd yerli gənclərin diqqətinin Ukraynanın ali təhsil müəssisələrinə cəlb etməkdir. Nümayəndə heyəti səfər çərçivəsində Bakıda və Azərbaycanın bölgələrində məzunlarla görüşlər keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR