Bank Of Baku

Rostropoviç – Vişnevskaya Fondunun prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Rostropoviç – Vişnevskaya Fondunun prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib
# 26 may 2010 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Rostropoviç – Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviç, Fondun icraçı direktoru Viliam Amoss və Fondun tibb direktoru Raul Vintzenin Azərbaycana üçgünlük səfəri başlayıb. APA-nın məlumatına görə, səfərin əsas məqsədi Səhiyyə Nazirliyi ilə Fond arasında 2010-2012-ci illərdə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Hamilə qadınların hepatit B və HİV-ə qarşı diaqnostikası və yeni doğulmuş uşaqların hepatit B-ə qarşı profilaktikası” və “Məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramlarının genişləndirilməsi ilə bağlı ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanmasıdır. Səfər zamanı nümayəndə heyəti səhiyyə naziri və digər hökumət rəsmiləri ilə görüşlər keçirəcək və bir sıra tibb müəssisələrində olacaqlar. Bu gün fondun nümayəndələri Respublika Perinatal Mərkəzə və Mama və Ginekologiya İnstitutuna baxış keçiriblər. Y. Rastropovic bildirib ki, son 9 ay ərzində proqramın icrası sahəsində uğurlu nəticələr əldə olunub: “Bu virusu daşıyan 800 qadın müəyyən olunub və onlardan dünyaya gələn 400 uşağa hepatit B-yə qarşı vaksinləşmə aparılıb. Onlar tam sağlamdırlar. Bu proqram çox vacibdir. İstəyərdik ki, bu proqram bütün ölkədə həyata keçirilsin. Hazırda Gürcüstan, Qırğızıstan, Tacikistan və Rusiyada da belə proqramlar həyata keçirilir”.

Qeyd edək ki, 2003-2009-cu illərdə fond Səhiyyə Nazirliyi ilə birgə 1 və 6 yaşlı uşaqlar arasında qızılca, parotit və məxmərəyə qarşı rutin peyvənd proqramını həyata keçirib. Bu günə qədər peyvənd proqramı çərçivəsində 1 milyondan artıq uşaq peyvənd olunub. Fondun qızılca xəstəliyinin ləğvi və anadangəlmə məxmərək sindromunun profilaktikası məqsədi ilə apardığı Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində isə 3 milyona yaxın insan peyvənd olunub. Bu günə qədər fond tərəfindən yarım milyondan artıq məktəbli uşaq arasında helmintlərə qarşı profilaktik tədbirlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR