Bank Of Baku

Bakıda otlaq sahələrinin idarə edilməsi üzrə milli konfrans keçirilib

Bakıda otlaq sahələrinin idarə edilməsi üzrə milli konfrans keçirilib
# 26 may 2010 11:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bakıda Norveç hökumətinin dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində otlaq sahələrinin idarə edilməsi üzrə milli konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda aidiyyəti dövlət qurumları, beynəlxalq inkişaf agentlikləri və qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.

Tədbir ekologiya naziri Hüseyn Bağırovun giriş nitqi ilə başlayıb. Nazir bildirib ki, torpaqlardan səmərəli istifadə hazırda ölkə qarşısında duran əsas problemlərdəndir. O, torpaqlardan ekstensiv istifadə və yanlış suvarma metodları nəticəsində səhralaşma, şoranlaşma və eroziya kimi ətraf mühitə ciddi zərər vuran problemlərin yarandığını söyləyib. Nazirlik tərəfindən Göygöl, Şəki, Neftçala, Goranboy və digər bölgələrdə aparılmış yoxlamalar göstərir ki, orta hesabla 1 hektarda otarılan heyvanın sayı nəzərdə tutulmuş normadan 25 dəfə artıqdır.

Tədbirdə çıxış edən BMT İP-nin rezident-nümayəndəsi səlahiyyətlərini icra edən xanım Nura Həmlaci qeyd edib ki, beynəlxalq ictimaiyyət torpaq deqradasiyasını ciddi iqtisadi, sosial və ekoloji fəsadlar törədən problem kimi qəbul edib. O əlavə edib ki, BMT İP nazirliyi torpaq deqradasiyası probleminin həll edilməsi işində 2006-cı ildən etibarən dəstəkləyir və gələcəkdə də bu sahə üzrə əməkdaşlıq davam edəcək.

Tədbirdə iştirak edən Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq bəyan edib ki, Azərbaycan Norveç üçün həmişə vacib ölkə olub və bu məqsədlə onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin torpaqlardan istifadə sahəsində potensialının artırılmasına dəstək verirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR