Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi ilə Rostropoviç-Vişnevskaya Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Səhiyyə Nazirliyi ilə Rostropoviç-Vişnevskaya Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 26 may 2010 12:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviçi qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir fondun Azərbaycanda həyata keçirdiyi uğurlu proqramlardan danışaraq bildirib ki, fondun Səhiyyə Nazirliyi ilə birgə təşkil etdiyi Milli İmmunlaşdırma Kampaniyası, həmçinin birgə həyata keçirilən milli peyvənd təqviminə uyğun olaraq rutin peyvənd proqramı sayəsində ölkə ərazisində qızılca, parotit və məxmərək kimi xəstəliklərin göstəriciləri xeyli aşağı düşüb. Y. Rostropoviç isə hər zaman Azərbaycanda həyata keçirilən səhiyyə proqramlarına dəstək verməyə hazır olduqlarını deyib.

Görüşün sonunda Səhiyyə Nazirliyi ilə Rostropoviç-Vişnevskaya Fondu arasında 2010-2012-ci illərdə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Hamilə qadınların hepatit B və HİV-ə qarşı diaqnostikası və yeni doğulmuş uşaqların hepatit B-yə qarşı profilaktikası”, həmçinin “Məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramlarının genişləndirilməsi ilə bağlı ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR