Bank Of Baku

Şəkidə əmək yarmarkası keçirilib

Şəkidə əmək yarmarkası keçirilib
# 26 may 2010 14:40 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə əmək yarmarkası keçirilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Salamov məlumat verib.

E.Salamovun sözlərinə görə, Şəki Dövlət Dram Teatrında təşkil edilmiş əmək yarmarkasında işaxtaran vətəndaşlara 18 müəssisə və təşkilat (bunlardan 10-u dövlət müəssisəsi, 8-i isə qeyri dövlət-müəssəsidir) tərəfindən 265 vakant iş yeri təqdim edilib.

Yarmarkaya gün ərzində 650 nəfər işaxtaran şəxs müraciət edib. Bunlardan 50 nəfər vətəndaş işə qəbul olunmaq üçün müvafiq müəssisə və təşkilata göndəriş alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR