Bank Of Baku

Azərbaycan Dillər Universitetinə universitet statusu verilməsinin 10 illiyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Dillər Universitetinə universitet statusu verilməsinin 10 illiyinə həsr olunan tədbir keçirilib
# 26 may 2010 15:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Azərbaycan Dillər Universitetinə (ADU) ümummilli lider Heydər Əliyevin sərəncamı ilə universitet statusu verilməsinin 10 illiyinə və 28 May Respublika Gününə həsr olunan tədbir keçirilib. APA məlumatına görə, mərasimdə ADU-nun rektoru, professor Səməd Seyidovun açılış nitqi ilə çıxış edib. O 10 il ərzində ADU-nun şərəfli yol keçdiyini bildirib. Onun sözlərinə görə, hazırda universitetdə 12 xarici dil tədris olunur, ABŞ, Fransiya, Almaniya, Avstriya, Çin, yəhudi mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Sonra Səməd Seyidov Heydər Əliyevin anadan olunmasının 87-ci ildönümü münasibətilə keçirilmiş festivalda qalib gəlmiş tələbələrə mükafat təqdim edib. Mərasimdə universitet həyatının keçmişini və müasir dövrünü əks etdirən slayd nümayiş olunub. Tədbirdə millət vəkilləri, bir sıra nazirliklərin nümayəndələri də iştirak edib. Yubiley mərasimində universitet tələbləri bir sıra şairlərin şeirlərini səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR