Bank Of Baku

BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Bakıya gələcək

BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Bakıya gələcək
# 27 may 2010 08:11 (UTC +04:00)
Bu barədə APA-ya ETSN-in mətbuat xidmətindən bildirilib.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycanın Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün baş şəhərlər elan edilib.
Ümumdünya Ətraf Mühit Günü hər il müxtəlif formalarda-küçə mitinqləri, velosipedçilərin yürüşləri, “yaşıl” konsertlər, məktəblərdə plakat və inşa müsabiqələri, ağacəkmə, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və başqa çoxsaylı tədbirlərlə qeyd olunur.
Qeyd edək ki, 2009-cu ildə “Sizin planetin sizə ehtiyacı var” devizi altında keçirilən Ümumdünya Ətraf Mühit Günü ilə bağlı hazırlanmış fəaliyyət planının əsas mərkəzi Meksikanın paytaxtı Mexiko şəhəri olub. Bu il “Çoxlu növlər, bir planet, bir gələcək” devizi altında həyata keçiriləcək tədbirlər isə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə yanaşı bu istiqamətdə maarifləndirmə və məlumatlılığın artırılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR