Bank Of Baku

Hacıqabul rayonunun Talış kəndinin yolu bağlanıb

Hacıqabul rayonunun Talış kəndinin yolu bağlanıb
# 27 may 2010 09:09 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov məlumat verib. Onun bildirdiyinə görə, gecə radələrinə kimi aparılan intensiv bəndatma işləri nəticəsində yarılmış bənd bağlansa da, sızmalardan və digər səbəblərdən ərazidə olan suyun həcmi artaraq Talış kəndi ilə Bakı-Qazax magistral yoluna əsas çıxışı müvəqqəti olaraq kəsib. Hələlik magistral yola və rayon mərkəzinə alternativ yoldan istifadə etməklə çıxmaq olur. Komissiya sədri onu da bildirdi ki, 2 saat ərzində bu yol açılacaq.

Qeyd edək ki, Talış-Kür Su Kəmərləri İdarəsi adı çəkilən kənddə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR