Bank Of Baku

Ali məktəblərə imtahansız qəbul olunacaq şəxslər iyunun 1-dən TQDK-da qeydiyyatdan keçəcəklər

Ali məktəblərə imtahansız qəbul olunacaq şəxslər iyunun 1-dən TQDK-da qeydiyyatdan keçəcəklər
# 27 may 2010 09:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ali məktəblərin müvafiq ixtisaslarına imtahansız qəbul olunacaq dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri iyunun 1-dən öz sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) və komissiyanın regional bölmələrinə təqdim edəcəklər. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, idman sahəsində olimpiya, dünya və Avropa çempionatlarının qalibləri, təhsil sahəsində dünya fənn olimpiadalarının, musiqi və incəsənət sahəsində dünya və beynəlxalq müsabiqələrin qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı sözügedən şəxslər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün nailiyyətlərini təsdiq edən sənədlərin əslini və surətini (1 nüsxə) təqdim etməklə TQDK-nın özündə və Naxçıvan, Gəncə, Quba, Şəki və Lənkəran regional bölmələrində qeydiyyatdan keçməlidirlər. M. Abbaszadə bildirib ki, təqdim olunan sənədlər yoxlandıqdan sonra TQDK onlarla bağlı öz qərarını elan edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR