Bank Of Baku

Məleykə Abbaszadə: “Sənəd qəbulu başa çatandan sonra daşqın olan bölgələrdən müraciətlər olarsa, TQDK o ərazilərə səyyar komissiyalar göndərəcək”

Məleykə Abbaszadə: “Sənəd qəbulu başa çatandan sonra daşqın olan bölgələrdən müraciətlər olarsa, TQDK o ərazilərə səyyar komissiyalar göndərəcək”
# 27 may 2010 10:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Daşqın olan bölgələrdə ali məktəblərə sənəd qəbulu ilə bağlı hələlik heç bir problem yaranmayıb. Biz o rayonlarda vəziyyəti müşahidə edirik. Mayın 31-dən, yəni ali məktəblərə sənəd qəbulu başa çatandan sonra o bölgələrdən müraciətlər olsa, TQDK problemi olan potensial abituriyentlərə köməkli edəcək”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sözügedən bölgələrdən müraciətlər olarsa, TQDK o ərazilərə səyyar komissiyalar göndərəcək: “Hələlik sənəd qəbulu başa çatmayıb. Artıq Sabirabadda 482, Şirvanda 522, Zərdabda 230, Neftçalada 455, Saatlıda 282, Salyanda 594, Kürdəmirdə 455, İmişlidə 603 abituriyent öz elektron ərizələrini təsdiq etdirib. Ötən illə müqayisədə bunlar normal rəqəmlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR